Modern.az

Baş redaktor: “Sərdar Cəlaloğlunu biabır edəcəyik”

Baş redaktor: “Sərdar Cəlaloğlunu biabır edəcəyik”

Təhsil

12 Aprel 2013, 18:10


“Əgər Sərdar Cəlaloğlu dediklərini təkzib edirsə, onda bizi məhkəməyə versin”. Bu sözləri Modern.az-a açıqlamasında “Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud ADP sədri Sərdar Cəlaloğlunun mərhum xalq şairi Səməd Vurğun haqqında dediklərini təkzib etməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, lazım gələrsə, onlar müsahibənin audio yazısını da yenidən sayta yerləşdirə bilərlər.
“Bütün jurnalistlər bilir ki, Sərdar Cəlaloğlu qızışanda nə gəldi danışır, sonra başlayır onları çıxartdırmağa. Əgər o bu iddiasını davam etdirərsə, biz o müsahibəni təzədən verib, onu biabır edəcəyik”.

Qeyd edək ki, Sərdar Cəlaloğlunun "Qafqazinfo" saytındakı müsahibəsində ADP sədrinin belə dediyi bildirilib: "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib".

Aytən ƏLİYEVA 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı