Rusiya prezidenti Vladimir Putin 2012-ci ildə əldə etdiyi qazancın məbləği açıqlayıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Putin geridə qoyduğumuz ötən il ərzində 5 milyon 790 min rubl, təxminə 190 min ABŞ dolları pul qazanıb.
Putinin rəsmi saytında yer alan məlumata görə, Rusiya prezidentinin 154 və 78 kv metrlik iki villası, Moskva ətrafıbda 500 kv metrlik ərazisi və sovetlər dövründən qalma "Qaz M-21", "Qaz M-21-P" və "Niva" markalı 3 avtomobili var.
Putinin həyat yoldaşı Lyudmila Putinanın isə illik gəliri 121 min 400 rubl (təxminən 4 min dollar) olaraq açıqlanıb.
Modern.az