Modern.az

ABŞ-ın “qara siyahı”sı açıqlandı

ABŞ-ın “qara siyahı”sı açıqlandı

Təhsil

13 Aprel 2013, 10:39


ABŞ-ın ölkəsinə daxil olmağa qadağa qoyduğu rusiyalı məmurların siyahısı açıqlanıb. Modern.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən “Maqnitski siyahısı”da 18 nəfər yer alınb. Olara ABŞ-a giriş qadağan edilib.

Açıqlanan yeni siyahıda yüksək rütbəli məmurlara rast gəlinmir. Ümumulikdə siyahını müstəntiq, hakim və ədliyyə işçiləri əhatə edir.

Xatırladaq ki, siyahıda rusiyalılarla yanaşı, Ukrayna, Azərbaycan və Özbəkistan vətəndaşlarının da olduğu bildirilirdi. Sonradan məlum olub ki, siyahıda azərbaycanlı kimi təqdim edilən Artyom Kuznetsov Bakıda anadan olub, sonradan Rusiyaya köçüb və hazırda Rusiya vətəndaşıdır. O, “Maqnitski işi”ni aparan istintaqçılardan biridir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı