Modern.az

Hüsnü Mübarəkin məhkəməsi təxirə salındı

Hüsnü Mübarəkin məhkəməsi təxirə salındı

Təhsil

13 Aprel 2013, 14:36

Misirin sabiq prezidenti Hüsnu Mübarək bu gün hakim qarşısına çıxıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, apelyasiya məhkəməsində Hüsnü Mübarəklə yanaşı iki oğlu və 8 tərəfdarı da mühakimə olunacaqdı. Mübarək məhkəməyə hərbi helikopterlə gətirilib.

Məhkəmə başlar-başlamaz devrilmiş prezidentin vəkili onun hüquqlarını müdafiə etməkdən imtina edib. Bu səbəbdən məhkəmə təxirə salınıb.

Qeyd edək ki, Hüsnü Mübarək Misir hadisələri ilə bağlı həbs olunaraq məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı