Ekologiya və Təbii Sərvətlər Nazirliyi mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar 13 aprel tarixində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində Günəşli yamacında iməcilik keçirib.
İməcilikdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə 6 hektar ərazidə 5000 ədəd zeytun ağacı əkilib və ərazi tullantılardan təmizlənib. Nazirlikdən bildirilib ki, keçirilən iməciliklərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək və yaşıllıqların genişləndirilməsi işində kütləviliyin artırılmasını təmin etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirməyə və digər dövlət və qeyri-dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırıb.

