Modern.az

Azərbaycan ordusunun giziri ağır yaralanıb

Azərbaycan ordusunun giziri ağır yaralanıb

Təhsil

13 Aprel 2013, 22:34

Aprelin 13-də axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun giziri ağır yaralanıb. 

APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni tərəfi iri çaplı pulemyotlardan  açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır. Məlumata görə, hal-hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.

Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!