Modern.az

Sabahın havası- yenə yağış yağacaq

Sabahın havası-  yenə yağış yağacaq

Təhsil

15 Aprel 2013, 14:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz 

Aprelin 16-sı axşamdan 19-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və havanın temperaturunun ötən günlərə nisbətən xeyli aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Modern.az 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!