Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 17-də arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Aprelin 19-dək gözlənilən hava şəraitinə aqrometeoroloji şərh
Aprelin 19-dək hava şəraitinin qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir. Bu da əksər kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda, çiçəklənən meyvə ağaclarında isə güllərin tökülməsinə səbəb ola bilər. Belə hava şəraiti aran rayonlarda çiyidin, dağətəyi rayonlarda isə qarğıdalının əkinini qısa müddətə gecikdirəcək. Lakin yağıntılar torpağın nəmlənməsini yaxşılaşdıracaq və otların boy atması üçün müsbət təsir göstərəcək.
Modern.az