Modern.az

İlham Əliyev Obamaya başsağlığı verdi

İlham Əliyev Obamaya başsağlığı verdi

Təhsil

16 Aprel 2013, 15:47

Azərbaycan prezidenti İlham Əliyev Amerikalı həmkarı Barak Obamaya başsağlığı verib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,ölkə başçısı məktubunda ABŞ-ın Boston şəhərində baş verən hadisələrdən kədərləndiyini bildirib:

“Hörmətli cənab Prezident,
Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı