Prezident İlham Əliyev Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Modern.az