Modern.az

Özalın ölümü ilə bağlı generala cinayət işi açıldı

Özalın ölümü ilə bağlı generala cinayət işi açıldı

Təhsil

16 Aprel 2013, 22:05


Türkiyənin səkkizinci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsində günahkar bilinən təqaüddə olan general Ləvənt Ersözə qarşı cinayət içi açılıb. Modern.az türk mətbuatına istinadən bildirir ki, Ləvənt Ersözlə bağlı qaldırılan iddia bu gün Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilərək barəsində iş açılıb.

Qeyd edək ki, Ergenekon və Ton Nəşriyyat evinin iddiaları ilə üzdə həbs edilən Ləvənt Ersöz  aprelin 3-də şübhəli şəxs qismində ifadə verib.

Özalın vəfat etdiyi il Şırnakda vəzifədə olan Ləvənt Ersöz haqqındakı iddiaları rədd edib.

Faktla bağlı dindirilən şahidlər Özalın Ləvənt Ersözün də daxil olduğu təşkilat tərəfindən zəhərlənərək öldürüldüyünü qeyd ediblər.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı