Modern.az

Hərbçilərimiz yol qəzasına düşüb, ölən və xəsarət alanlar var

Hərbçilərimiz yol qəzasına düşüb, ölən və xəsarət alanlar var

Təhsil

17 Aprel 2013, 10:55
Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb. Hadisə Biləsuvar rayonu ərazisində baş verib. Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb. Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı