Gürcüstan prezidenti Mixail Saakaşvili yeni hakimiyyətlə bağlı ilginc faktlar açıqlayıb. Modern.az xəbər verir ki, gürcü prezident "Rustavi-2" telekanalına müsahibəsində İvanişvilinin Rusiya tərəfindən hakimiyyət gətirildiyini bildirib.
Saakaşvili 2008-ci ildə həyata keçirilən müharibədə günahsız olduğunu bəyan edib:
“Bu gün 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinə görə məni ittiham edirlər. Əslində mənim heç bir günahım yox idi. Rusiyanın əsas məqsədi Gürcüstanı işğal etmək idi. İndisə isə Rusiya hakimiyyətə öz adamını gətirib ki, məni mühakimə etsinlər. Hazırda müharibə ilə bağlı müraciətimiz əsasında Strasburq məhkəməsində iş aparılır. Ölkəni dağıtmaq lazım deyil”
Anar