Modern.az

Tələbələrin ali məktəbə bərpası QAYDASI

Tələbələrin ali məktəbə bərpası QAYDASI

Təhsil

19 Oktyabr 2022, 10:14

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin 19 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?