Modern.az

MDB XİN başçıları Moskvada toplaşacaq

MDB XİN başçıları Moskvada toplaşacaq

Təhsil

17 Mart 2010, 17:22

Moskvada martın 26-da MDB üzv dövlətərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Modern.az xəbər verir ki,  bu barədə  MDB İcraiyyə Komitəsi məlumat yayıb. İclasın gündəliyinə 20-dək məsələ salınıb. Nazirlər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bir sıra sənədlərə münasibətlərini bildirəcəklər. Bundan əlavə, iclasda Qazaxıstanın ATƏT-də sədrliyi, Avropa Təhlükəsizliyi Müqaviləsi layihəsi, MDB çərçivəsində müxtəlif səviyyəli XİN-lərarası məsləhətləşmələrin keçirilməsi, Birliyin inkişaf konsepsiyası layihəsinin realllaşdırılması, korrupsiya ilə mübarizədə əməkdaşlıq, üzv ölkələrdə cari ildə keçiriləcək seçkilərdə qurumun müşahidəçilərinin iştirakı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Şuranın son iclası 2009-cu il oktyabrın 8-də Kişinyovda keçirilib. Həmin iclasda MDB-nin üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri bir sıra problemləri, o cümlədən 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsi məsələsini müzakirə ediblər. İclasda, ümumiyyətlə 20-dək məsələ, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi, miqrasiya siyasəti, humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələri müzakirə olunub.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı