Qondarma “erməni iddialarına” boyun əyərək Türkiyə əleyhinə saxta qətnamələr qəbul edən ölkələr sonda Türkiyədən üzr istəyəcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, parlamentləri qondarma “tanıma” qərarları qəbul etmiş ölkələr bir-birinin ardınca Türkiyədən yol verdikləri xətalara görə üzr istəməyə başlayıb. İlk belə bir üzrxahlıq Kataloniyadan gəlib. Bu ölkənin rəhbərliyi rəsmi şəkildə Türkiyənin xarici işlər nazir Əhməd Davutoğludan üzr istəyib. Bundan başqa İsveçin baş naziri Frederik Reynfeld də Türkyidən üzr istəyib. Ankara İsveçin baş nazirinin üzrxahlığını qəbul edib və yaxın vaxtlarda Türkiyənin İsveçdəki səfiri Zergün Göytürk Stokholma qayıdacaq. Qeyd edək ki, Londonda səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə - Britaniya işgüzar forumunda çıxış edərkən bəyan edib ki, tarixi parlamentlərdə deyil, arxivlərdə yazırlar.
“Siyasi məqsədlər naminə qəbul olunan qərarlar elmi əsaslardan məhrumdur, məntiq və zəkadan uzaqdır və tarixi gerçəkliklərlə heç bir əlaqəsi yoxdur. Bu təşəbbüslər xalqların bir-birinə yaxınlaşmasına və dövlətlər arasında normallaşma cəhdlərinə mane olur. Gələcəyə olan ümidləri dağıdır”-deyə Ərdoğan bildirib.