Modern.az

AŞPA Qarabağ problemi ilə bağlı “müvəqqəti komissiya” yaradır

AŞPA Qarabağ problemi ilə bağlı “müvəqqəti komissiya” yaradır

Təhsil

18 Mart 2010, 11:02

AŞPA Dağlıq Qarabağ probleminin həllinə dəstək məqsədilə “müvəqqəti komissiya” yaradılmasını təklif edir. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, son zamanlar ATƏT-in Minsk qrupunun və Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib.  “Bu prosesə dəstək vermək üçün Avropa Şurası da “müvəqqəti komissiya” yaradılmasını təklif edib”-deyə AŞPA sədri bildirib.

 

Mövlud Çavuşoğlu əlavə edib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır. Bu qurumlar, ATƏT-in Minsk qrupu və Türkiyənin də olacağı, komissiyanın işində iştirak edəcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir