Modern.az

TQDK-dan monitorinq imtahanları ilə bağlı AÇIQLAMA

TQDK-dan monitorinq imtahanları ilə bağlı AÇIQLAMA

Təhsil

26 Aprel 2013, 09:53

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 23, 24 və 25 –də Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli fərmanına müvafiq olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23 - də Azərbaycan dilindən, aprelin 24 – də riyaziyyatdan, aprelin 25 – də isə fizika fənnindən imtahan veriblər.
Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23 –də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən imtahan veriblər. Rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər.
Hazırda bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.

Monitorinq imtahanları respublikanın daha 26 bölgəsində keçiriləcəkdir. Aşağıdakı cədvəldə həmin imtahanların bölgələr və orta ümumtəhsil müəssisələri üzrə keçirilmə tarixləri təqdim olunur: //tqdk.gov.az/az/press/news/Default.aspx?news=2911

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı