Müdafiə Nazirliyi martın 17-də Ermənistan slahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan "N" saylı hərbi hissənin əsgəri Mustafa Aslan oğlu Əliyev ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün bəzi KİV-də yaralanmış əsgərin dünyasını dəyişməsi barədə yayılmış məlumatlar yalandır.
Əsgər Mustafa Aslan oğlu Əliyev hazırda hospitaldadır, vəziyyəti kafidir.