Modern.az

MDB dövlət başçıları Moskvada görüşəcək

MDB dövlət başçıları Moskvada görüşəcək

Təhsil

18 Mart 2010, 19:23

MDB ölkələri dövlət başçılarının növbəti qeyri-formal görüşü mayın 8-də Moskvada olacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bu gün keçirdiyi brifinqdə bildirib.   Onun sözlərinə görə, MDB prezidentləri Qələbənin 65-ci ildönümü münasibətilə müharibə veteranlarına  müraciətlə çıxış edəcəklər. Müraciətin mətni martın 26-da Moskvada keçiriləcək MDB XİN başçıları Şurasının iclasında müzakirə olunacaq. Nesterenko qeyd edib ki,  müraciət layihəsi XİN başçıları görüşündə əsas müzakirə mövzularından biri olacaq. O əlavə edib ki, XİN başçılarının gündəliyinə bütövlükdə 18 məsələ daxildir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı