Modern.az

Türkiyədə ana ilan körpə doğdu

Türkiyədə ana ilan körpə doğdu

Təhsil

19 Mart 2010, 09:36

Türkiyənin Ağrı şəhərində körpə gözləyən ailə əsil şok yaşayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  körpə həsrəti çəkən qadın “İlan bəbək” doğub. Tibb aləmində çox nadir hallarda rast gəlinən və genetik pozğunluq səbəbindən doğulan, xalq arasında “İlan bəbək” adlandırılan körpənin gözləri, qulaqları yoxdur. Ağrı Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasının həkimi Altan Alim bu cür halların 10 mindən bir ailədə rast gəlindiyini qeyd edib. O körpənin yaşamaq şansının olmadığını deyib.

“İlan körpə”nin doğulmasının əsil səbəbi isə ana Nurcanın öz yaxın əqrəbası Ahmədlə nikah qurmasıdır. Öz əqrəbasına ərə gedən Nurcanın bundan əvvəl 3 körpəsi doğulub, lakin onlardan ikisi yaşamayıb. Doktor Alim də hesab edir ki,  bu cür körpələrin doğulmasının başlıca səbəbi yaxın qohumla nikahdır.

 

Qeyd edək ki, yaxın qohumluq ənənəsi digər müsəlman ölkələri, eləcə də Azərbaycan üçün də xasdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı