Dünən UEFA Avropa Liqasında 1/8 finalın cavab qarşılaşmaları keçirilib. Baş tutan oyunlarda “Fulhem” “Yuventus”u 4:1, “Standard” “Panatinaikos”u 1:0, “Liverpul” “Lill”i 3:0, “Benfika” isə səfərdə “Marsel”i 2:1 hesabı ilə məğlub edib.
“Anderlext” “Hamburq” üzərində 4:3, “Volfsburq isə “Rubin”ə 2:1 hesabı ilə qalib gəlib. “Verder” “Valensiya” 4:4 , “Sportinq” “Atletiko” oyunu isə 2:2 hesabı ilə nəticələnib. Bu oyunlardan sonra “Fulhem”, “Standard”, “Liverpul”, “Benfika”, “Hamburq”, “Volfsburq”, “Valensiya” və “Atletiko” növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqası və Avropa Liqasının püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək.