Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəbə hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtananları keçirilir. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sınaq imtahanları Bakı, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhəri daxil olmaqla 8 şəhərdə 17 binada keçirilir.
İmtahanda 15 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur.
Sonuncu imtahan imtahanları isə mayın 26-da keçiriləcək.
Modern.az