Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-23, gündüz 30-35° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 17-22°, gündüz 32-37° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 30-35° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 33-38° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 31-36° , dağlarda gecə 12-17° , gündüz 26-31° isti olacaqdır.
Modern.az