Modern.az

Milli Məclisin deputatı yol qəzasına düşüb

Milli Məclisin deputatı yol qəzasına düşüb

Təhsil

19 İyun 2013, 09:40

Milli Məclisin deputatı Rüstəm Xəlilovun avtomobili qəzaya uğrayıb. Hadisə şahidlərinin “Anspress”ə verdiyi məlumata görə, hadisə "Hyatt Regensy" hotelinin yaxınlığında baş verib.

Hadisə şahidləri bildiriblər ki, deputatın olduğu gümüşü rəngli "Mercedes" markalı avtomobili sürücü idarə edirmiş. Üzbəüz gələn maşın qarşı hərəkət zolağına çıxıb və millət vəkilinin avtomobilinə çırpılıb.

Hadisə şahidləri qəza nəticəsində xəsarət alanın olmadığı bildiriblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı