Modern.az

“Superkubok oyununun keçirilməsində qərarlıyıq”

“Superkubok oyununun keçirilməsində qərarlıyıq”

Təhsil

12 İyul 2013, 15:58


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Superkuboku uğrunda oyunun keçrilməsi məsələsinə aydınlıq gətirib. Modern.az-ın məlumatına görə, PFL prezidenti Superkubok oyununu mütləq keçirəcəklərini bildirib. Lakin dəqiq tarixi indidən deməyin çətin olduğunu da qeyd edib.

R. Musayev həmçinin Superkubok oyunun Türkiyədə keçrilməsi ilə bağlı qərarı dəstəklədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan superkubokunun Türkiyədə keçirilməsi  təklifini  “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov irəli sürüb.

Superkubok uğrunda oyunda Azərbaycan çempionu “Neftçi” ilə ölkə kubokunun sahibi “Xəzər Lənkəran” qarşılaşmalıdır.


Abbas Qəmli  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!