Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Fəhmin Hacıyev istefa bəyanatı yayıb.
APA-nın məlumatına görə, Fəhmin Hacıyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, partiya sədri müşavirliyindən və AXCP üzvlüyündən istefa versə də, siyasətdən getmir: “Müstəqil siyasətçi kimi ölkəmizin demokratik inkişafı üçün çalışacağam. Bəlkə də yeni partiya təsis edilməsi gündəmə gələ bilər”.
F.Hacıyev AXC hakimiyyəti dövründə Daxili Qoşunların komandanı olub. 1994-2004-cü illərdə həbsdı yatıb. Hazırda Ukraynada yaşayır.
Modern.az