Modern.az

Bakıda sərnişin avtobusunda atışma olub - YENİLƏNİB

Bakıda sərnişin avtobusunda atışma olub - YENİLƏNİB

Təhsil

17 İyul 2013, 13:57

Bakıda silahlı insident olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllələnib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

***

Bakıda baş verən silahlı insidentin səbəbləri məlum olub. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Anar Xəlilovun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılıb və güllə Vəfədar Məmmədova dəyib. Bel nahiyəsindən güllə yarası alan V. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, hazırda hadisəni törədən A. Xəlilovun ifadəsi alınır. Hadisə barədə ictimaiyyətə əlavə məlumata veriləcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı