Modern.az

Söyün Sadıqov jurnalistlər üçün bina tikdirir

Söyün Sadıqov jurnalistlər üçün bina tikdirir

Təhsil

22 İyul 2013, 15:15

Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcək.

Bu sensasion məlumatı AzPolitika.info-ya Söyün Sadıqovun özü verib. O, deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.

“Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək. Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.

Qeyd edək ki, elə bu gün Azərbaycan prezidentinin sərəncamı əsasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasının açılışı olub. Tədbirdə prezident İlham Əliyev də iştirak edib, həmçinin yeni binanın da təməli qoyulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı