Modern.az

Ermənilərin öldürdüyü çoban azərbaycanlı imiş

Ermənilərin öldürdüyü çoban azərbaycanlı imiş

Təhsil

3 Avqust 2013, 10:45

Ermənilərin Türkiyə ilə sərhəddə öldürdüyü çobanın əslən azərbaycanlı olduğu ortaya çıxıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Akyaka yerli icra nümayəndəsi Osman Uğurlu məlumat verib.

Onun sözlərinə görə, ermənilərin qətlə yetirdiyi çoban Mustafa Ülkər milliyətcə azərbaycanlıdır. Mərhum ötən gün cənazə namazından sonra dəfn edilib.

Qeyd edək ki, sərhəddə ermənilər tərəfindən Türkiyə vətəndaşının qətlə yetirilməsi ölkələr arasında siyasi qalmaqala səbəb olmuşdu. Türkiyə və Ermənistan qarşılıqlı olaraq bu olaya görə bir-birlərinə nora verdilər.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı