Modern.az

Sumqayıtlılara xoş xəbər: suyunuz bu axşamdan gələcək

Sumqayıtlılara xoş xəbər: suyunuz bu axşamdan gələcək

Təhsil

5 Avqust 2013, 17:55


Ötən gündən içməli su üzünə həsrət qalan Sumqayıt şəhəri 2-ci və 6-cı mikrorayon ərazisinin sakinləri problemin daha bir neçə gün də yaşanacağından narahatdırlar. Heç bir xəbərdarlıq olunmadan sakinlərə verilən suyun dayandırılması narazılığa səbəb olub.

”Sumqayıtda içməli suyun verilməsi bu gün bərpa olunacaq”.  Bunu “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllının Modern.az-a deyib. ASC rəsmisinin sözlərinə görə, 2-ci və 6-cı mikrarayon ərazilərində magistral xətdə birləşmə işləri aparıldığından suyun verilməsi müvəqqəti dayandırılıb. Bunu təhlükəsizlik baxımından ediblər.

  “Əvvəlcədən yerli telekanal vasitəsilə sakinlərə xəbərdarlıq olunub. Bu gün işlər yekunlaşacaq və axşam saatlarında suyun verilişi bərpa olunacaq”-deyə Anar Cəbrayıllı bildirib.  

Gültəkin ƏLƏSGƏR     
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!