Modern.az

Müsavat Partiyası Hacıbala Abutalıbova müraciət edib

Müsavat Partiyası Hacıbala Abutalıbova müraciət edib

Təhsil

26 Oktyabr 2013, 10:30

“Müsavat Partiyası qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyir”. Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın qurultayının vaxtı ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə Müsavat Partiyası seçkidən sonra  qurultayını keçirməkdə israrlıdır. “Ancaq belə görünür ki, şəhər rəhbərliyi yer verməməkdə israrlıdır. Bakı Şəhər İcra Hakimiyyəti dünyada baş verənlərdən, Azərbaycanın düşdüyü vəziyyətdən sanki xəbərsizdir. Onlar öz keçmiş hərəkətlərini davam etdirir”-deyə Müsavat rəsmisi qeyd edib.

Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirmək istəsə də, meriya hələ ki, yer üçün edilən müraciəti cavabsız qoyub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı