Modern.az

Eldar İbrahimov: “Gələn ilin büdcəsində aqrar sahə üçün ilk dəfə 14 faiz artım olacaq”

Eldar İbrahimov: “Gələn ilin büdcəsində aqrar sahə üçün ilk dəfə 14 faiz artım olacaq”

Təhsil

26 Oktyabr 2013, 10:37


Prezident İlham Əliyev hər zamanki çıxışlarında qeyri-neft sektorunun inkişafından danışır. Bunun üçün qeyr-neft sektoruna ayrılan vəsaitlər də bu istiqamətdə işlərin sürətlənməsindən xəbər verir. Xüsusilə aqrar sahənin inkişaf etdirilməsi, Azərbaycanın öz daxili məhsulları hesabına özünü təmin etməsi əsas prioritetlərdəndir.

2014-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi üçün 562 milyon 887 min 241 manat vəsaitin ayrılması nəzərdə tutulur. Büdcədə bu vəsaitin 535 milyon 979 min 5 manatı sırf kənd təsərrüfatı sahəsində ayrılması qeyd edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında bu vəsaitin hansı sahələr üzrə necə xərclənəcəyi haqqında danışmağın hələ tez olduğunu bildirib. “Çünki büdcəni bizə yeni göndəriblər və biz bunu oxuyuruq, özümüz üçün çıxarışlar edirik. Amma ümumi olaraq deyə bilərəm ki, keçən illə müqayisədə gələn ilin büdcə layihəsində aqrar sahədə 14 faiz artım var. Heç bir sahədə bu qədər artım yoxdur. Bu isə Prezidentin bu sahəyə böyük diqqət və qayğısının göstəricisidir. Bütün bunlar gələcəkdə aqrar sahənin inkişafında mühüm rol oynayacaq”.

E. İbrahimov qeyd edib ki, noyabrın 4-də Milli Məclis bir neçə komitəsi Maliyyə Nazirliyinin nümayəndəsi ilə büdcə layihəsini müzakirə edəcəklər. “Bundan sonra nəzərdə tutulan xərclər haqqında ətraflı danışmağın mümkün olacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı