Modern.az

Dillər Universitetinin tələbələri Bakıda aksiya keçirdilər - FOTO

Dillər Universitetinin tələbələri Bakıda aksiya keçirdilər - FOTO

Təhsil

26 Oktyabr 2013, 14:04

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) həyətində tələbələrin iştirakı ilə ilk fləşmob aksiyası keçirilib. ADU Tələbə Gənclər Təşkilatının Kitab klubunun və “Azərbaycan Universitetləri” Facebook səhifəsinin təşkilatçılığı ilə keçirilən fləşmobu ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov da izləyib. ADU tələbələrinin iştirakı ilə baş tutan fləşmobun məqsədi gənclərdə kitaba olan marağın artırılmasıdır. “Kitab oxuyaq” devizi altında universitetin 150 tələbəsinin iştirakı ilə keçirilən fləşmobda rəqslər nümayiş olunub, gənclər  kitab oxuyaraq kənardakıların diqqətini cəlb etməyə cəhd ediblər. Bu aksiyanı izləmək üçün ADU-nun həyətinə xeyli sayda gənclər toplaşmışdı.  Fləşmobda  3 cərgə düzülən, qırmızı, yaşıl və göy köynəklər geyən tələbələr  meydanda “ADU” sözünü “yazdılar”.

Fləşmob tamamilə könüllü məşğuliyyətdir və fərqli məqsədlərlə təşkil olunur. Məsələn, əylənmək, cəmiyyətin diqqətini cəlb etmək, müəyyən stereotiplərdən xilas olmaq, özünü təsdiqləmək, stress atmaq, yeni dostlar qazanmaq və s. məqsədlə həyata keçirilir.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı