Modern.az

Bərdədə “zapravka” partlayıb, yaralanan var

Bərdədə “zapravka” partlayıb, yaralanan var

Təhsil

17 Noyabr 2013, 14:24

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.

Partlayış zamanı bir nəfər yanacaq doldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılıb. Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı