
Noyabrın 17-də Tatarstanın paytaxtı Kazan şəhərində yerli aviaşirkətə məxsus Boing 737-500 tipli təyyarə qəzaya uğrayıb.
Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 19:25-də baş verib. Məlumata görə, təyyarədə aerodromun uçuş meydanıda enərkən qəzaya uğrayıb. Təyyarədə 6ı heyət üzvü və 44 sərnişin olub.
"İTAR-TASSın verdiyi məlumata görə, artıq həlak olan bütün 50 nəfərin cəsədi tapılıb.
Hadisənin səbəbləri araşdırılır.