Modern.az

Sənət həmkarları Yaşar Nurini bu gün yox, sabah anacaq

Sənət həmkarları Yaşar Nurini bu gün yox, sabah anacaq

Təhsil

22 Noyabr 2013, 15:53

Bu gün mərhum aktyor, xalq artisti Yaşar Nurinin vəfatından bir il ötür. Ailə üzvləri, həmkarları və dostları mərhum sənətkarı ürək ağrısı ilə yad edir. Canlandırdığı hər bir obrazla qəlblərdə taxt quran sənətkar hələ də sevgiylə yad edilir. 

Azərbaycan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Ramiz Novruzov Modern.az-a açıqlamasında sənət yoldaşları ilə birlikdə mərhum sənətkarı tez-tez  yad etdiklərini dedi.

“Yaşar Nuri bizim üçün həmişə əziz olub. Bu gün onun aramızda olmamasından çox üzgünük. Tez-tez mərhumun məzarı önündə durub onu yad edirik. Təəssüf hissi ilə deyirəm ki, bu gün onun vəfatından bir il keçir. Kollektiv olaraq, Yaşar Nurinin məzarını bu gün yox, noyabrın 26-da ziyarət edəcəyik. Aramızda olmadığı üçün danışmaq çox çətindir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, xalq artisti Yaşar Nuri  uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Namidə BİNGÖL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı