Modern.az

Tələbələrin köçürülməsi yekunlaşdı

Tələbələrin köçürülməsi yekunlaşdı

Təhsil

23 Sentyabr 2024, 14:30

2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.

 

Bu barədə Modern.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

 

Qeyd edilib ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

 

Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!