Modern.az

Azərbaycan və Qazaxıstan universitetləri arasında sənədlər imzalandı

Azərbaycan və Qazaxıstan universitetləri arasında sənədlər imzalandı

Təhsil

4 Mart 2025, 13:12

Azərbaycan və Qazaxıstanın 17 universiteti 40-dan çox əməkdaşlıq barədə sənədlər imzalayıb.

Modern.az xəbər verir ki, sənədlər bu gün ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masa çərçivəsində imzalanıb.

Bu sənədlər tərəflərin akademik qarşılıqlı fəaliyyəti genişləndirmək, birgə təhsil proqramları yaratmaq və elmi əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı