Modern.az

Maydanda fəal özünü partlatdı

Maydanda fəal özünü partlatdı

Təhsil

6 Fevral 2014, 16:47

Müxalifətin qərargahının yerləşdiyi Kiyevdəki Həmkarlar İttifaqı Evində partlayış baş verib. Modern.az sayti Ukrayna KİV-nə istinadən bildirir ki, insident bu gün yerli vaxtla saat 9:30-da baş verib. Müxalifətçilərin bildirdiyinə görə, naməlum şəxs onlara üstündə “Dərman” yazılan bağlama verib. Partlayış bağlamanı açmağa cəhd göstərən zaman baş verib. Nəticədə bir nəfər əlindən ciddi xəsarət alıb. 

Digər məlumata görə, partlayış “Birinci sektor” radikal hərəkatının üzvlərinin yerləşdiyi binanın 5-ci mərtəbəsində baş verib. Partlayışa isə “Molotov kokteyli” qarışığının alışmasının səbəb olduğu iddia edilir

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!