Modern.az

Deputat: "Sarısudan axmalar dayanıb"

Deputat: "Sarısudan axmalar dayanıb"

Təhsil

26 May 2010, 17:42

Mayın 24-də səhər saatlarında bəndləri yararaq İmişli, Saatlı və Sabirabadın 10-dan çox kəndini sel sularına qərq edən Sarısu gölündən bu gün axmalar dayanıb. Bu barədə Modern.az saytına Saatlıdan olan millət vəkili Gülhüseyn Əhmədov məlumat verib. Onun sözlərinə görə, iki günlük axmalardan sonra Sarısuda səviyyə aşağı düşüb. Ona görə də bu gündən göldən kəndələrə su axıntısı dayanıb. Deputat bildirib ki, hazırda kəndlərin ərazilərindəki sel suları Araz çayına axıdılır.

G.Əhmədov deyib ki, Arazın da səviyyəsi xeyli düşüb. Vəziyyət belə davam eləsə, yaxın bir həftədə kəndlərin əraziləri sel sularından təmizlənəcək.
Qeyd edək ki, hökumət Kür və Araz çaylarında suyun səviyyəsini aşağı salmaq üçün Araz çayına yeni süni qol çəkir, onun açılmasının həftə sonunadək reallaşacağı bildirlir.
Arazın süni qolu İmişlinin Bəhramtəpə qəsəbəsindən başlamaqla 7 rayonun ərazisindən keçəcək.
İmişli rayonunda Bəhramtəpə hidroqovşağının yaxınlığında Araz çayının vaxtilə mövcud olan qoluna yenidən su buraxılması reallaşandan sonra Kürdə suyun səviyyəsinin azalacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı