BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın iştirakı ilə baş tutub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,Fransanı BMT-dəki daimi nümayəndəsi Jerar Aro qeyd edib ki, böhranın sülh yolu ilə həll olunması hələ ki mümkündür. “Bəlkə də görüş faydasız oldu, lakin biz vəziyyətin daha ağır ssenariyə sürüklənməməyi üçün cəhdlərimizi davam etdirməliyik”, - deyə Aro bildirib.Eyni zamanda, fransalı diplomat Təhlükəsizlik Şurasının üzvlərinin Ukraynanın baş naziri Arseni Yatsenyuk ilə martın 13-ə planlaşdırılan görüşünü dəstəkləyib.
Təhlükəsizlik Şurasının hazırkı sədri, Lüksemburqun BMT-dəki daimi nümayəndəsi Silvi Lukas, öz növbəsində, jurnalistlərə bildirib ki, Şuranın bir neçə üzvü Krımda keçiriləcək referendumun əleyhinə çıxış edib.
Xatırladaq ki, fevralın 28-dən bəri bu Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı 5 iclası idi.
Modern.az