ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi anonsunu verib. Modern.az xəbər verir ki, amerikalı diplomat bu barədə özünün rəsmi twitter səhifəsində məlumat verib. “Ümid edirik ki, bu ayAzərbaycan və Ermənistan dövlət başçıları görüşəcəklər. Onlar sülhün əldə olunması ilə bağlı problemləri müzakirəyə çıxara bilərlər”-deyə C. Uorlik bildirib.
Modern.az