Modern.az

Türkiyədə buraxılan dərslikdə Əhliman Əmiraslanov haqqında yazılıb

Türkiyədə buraxılan dərslikdə Əhliman Əmiraslanov haqqında yazılıb

Təhsil

11 Mart 2014, 13:35

Türk Ortopedi ve Travmatoloji Birliyi “Multidisipliner Yaklaşımla Kemik ve Yumuşak Doku Tümörleri” adlı kitab hazırlayıb. Kitabda Türkiyədə onkoloji cərrahiyyədə inqilab edən professor dr. Güven Yücetürkün Azərbaycanın tanınmış onkoloqu Əhliman Əmiraslanovdan yardım aldığını açıqlayıb. Modern.az-ın məlumatına görə, o, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun təklif etdiyi süni diz oynağı protezi haqqında qeyd edərək bildirib ki, bu endoprotez ötən əsrin 90-cı illərinin əvvəlində Moskvada Əhliman Əmiraslanovun rəhbərlik etdiyi klinikada görüş zamanı ona təqdim edilib: “Buna qədər istifadə olunan avadanlıq inanılmaz dərəcədə bahalı idi. Ona görə də, Moore qalça protezlərinin stemini (ayağını) uzadıb qalınlaşdıraraq, bunu Meqa-protez adı ilə istifadə edirdik. Moskvada olarkən Əhliman Əmiraslanov təklif etdiyi metal – poliester süni diz oynağı protezini mənə verdi. İzmirdə yerli firmada həmin protezdən hazırlatdırıb istifadə etdim”.

Müəllif akademik Əhliman Əmiraslanova təşəkkürünü bildirərək bu protezin istifadəsi nəticəsində çoxlu sayda xəstənin hərəkətini bərpa etdiyini və onların normal həyata qayıtmasına nail olduğunu qeyd edib. Kitabda müəllif həmçinin akademik Ə.Əmiraslanovun ona hədiyyə etdiyi süni diz oynaşı protezinin şəklini də dərc edib.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı