Modern.az

Yanukoviçin mətbuat konfransı başladı: “Növbədənkənar seçkilər legitim deyil”

Yanukoviçin mətbuat konfransı başladı: “Növbədənkənar seçkilər legitim deyil”

Təhsil

11 Mart 2014, 13:35

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bu gün Rostovda keçirilən mətbuat konfransında mayın 25-nə təyin olunan növbədənkənar prezident seçkilərinin legitim olmadığını bəyan edib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Yanukoviç deyib ki, mayın 25-də seçkilər “ekstremist qüvvələrin” total nəzarəti altında keçiriləcək. Bundan əlavə, o xatırladıb ki, hakimiyyətdən impiçment prosedurundan yan keçilərək uzaqlaşdırılıb və formal olaraq qanuni prezidentdir: “Belə situasiyada Konstitusiya növbədənkənar seçki keçirilməsinə imkan vermir”.

Yanukoviç Kiyevə qayıtmaq niyyətində olduğunu və bunun üçün çox gözləməyə ehtiyac olmayacağını da vurğulayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı