Keçmiş prezident Viktor Yanukoviçin fikrincə, ABŞ-ın Ukraynadakı “faşist rejiminə” 1 milyard dollar ayırmaq niyyəti qanunsuzdur. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu bu gün Rostovda keçirilən mətbuat konfransında Ukraynanın eks-prezidenti Viktor Yanukoviç bəyan edib: “ABŞ bu faşist rejiminə 1 milyard dollar ayırmağa hazırlaşır. Mən Konqresə və ABŞ-ın Ali Məhkəməsinə müraciət edəcəyəm ki, bu ölkə hakimiyyətinin fəaliyyətinə qiymət versin. Onların legitim olmayan faşist rejiminə pul ayırmağa haqları yoxdur”.
Modern.az