Modern.az

Akif Nağı Zərdüşt Əlizadə və Niyazi Mehdini ittiham etdi

Akif Nağı  Zərdüşt Əlizadə və Niyazi Mehdini ittiham etdi

Təhsil

11 Mart 2014, 15:35

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan politoloqlarının, ictimai nümayəndələrini ermənilərin maraqlarına xidmət etməkdə təqsirləndirib. QAT mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə təşkilat bununla bağlı bəyanat verib. Bəyanatda deyilir:

Biz bir müddət əvvəl diqqəti bu məsələyə cəlb etmişik. Ermənistanda fəaliyyət göstərən “Qafqaz Sülh təşəbbüsləri Mərkəzi”nin rəhbəri Georgi Vanyan bir dəstə azərbaycanlı, erməni və gürcünü Gürcüstanın Marneul rayonu Təkəli kəndinə yığıb deyir ki, gəlin Qarabağın işğal altında olduğunu unudaq və dostluq edək, orada bir “dostluq bazarlı” da açmaq istəyir. Millətimizin geri zəkalı, manqurt, pula, yeyib-içməyə həris nümayəndələri də onun tədbirində iştirak edir, ağızlarını açıb ermənilərin yalançı dostluq nağıllarına qulaq asırlar, sonra da oturub yeyib-içir, bir-birinin sağlığına badə qaldırırlar. Bu “dostlar” bu dəfə martın 8-də yığışıblar, “Cənubi Qafqaz İttifaqı” deyilən ideyanı müzakirə ediblər, ermənilərdən birinin erməni dilində yazdığı kitabı da götürüblər ki, Azərbaycan dilinə tərcümə etsinlər.   “Cənubi Qafqaz İttifaqı” ideyası ilə bağlı çıxış edən erməni Ohanesyanın bircə fikrini sizə çatdırırıq. O, bu ideyanı dəstəkləyir və əlavə edir ki,  Cənubi Qafqaz İttifaqına Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı Dağlıq Qarabağ da müstəqil subyekt kimi daxil olmalıdır.

Bundan sonra orada iştirak edən azərbaycanlılara nə ad qoyursunuz, qoyun. Qeyd edək ki, orada Azərbaycandan Zərdüşt Əlizadə, Xamis Məsimov iştirak ediblər. Təkəli kəndinin direktoru Hüseyn Hüseynov hətta giriş sözü ilə çıxış edib. Ötən ilin axırlarında biz orda Hüseyn müəllimlə görüşmüşdük, o, qətiyyətlə bu erməni oyunlarının əleyhinə olduğunu demişdi. Görəsən nə baş verib ki, bu müəllim fikrini belə dəyişib?! Biz Azərbaycan xalqını ermənilərin növbəti yalanlarına, şirin dillərinə uymamağa çağırırıq. Biz Zərdüşt, Xamis, Niyazi kimi həşəratlara xəbərdarlıq edir, vicdansız, şərəfsiz hərəkətlərinə son qoymağa çağırırıq. Biz Təkəli camaatını ayıq olmağa, düşmənin oyunlarına getməməyə çağırırıq. İnanırıq ki, Təkəli camaatı bu ləkənin onların üzərinə düşməsinə imkan verməyəcək. Hər kəs bilməlidir: nə qədər ki, torpaqlarımız işğal altındadır, hər hansı erməni ilə təmas, ünsiyyət, dialoq xəyanətə bərabərdir! Hər kəsi xəyanət yolundan geri çəkilməyə çağırırıq!”


 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı