Modern.az

"Qalatasaray" Çempionlar Liqasından kənarlaşdırıldı

"Qalatasaray" Çempionlar Liqasından kənarlaşdırıldı

Təhsil

19 Mart 2014, 01:51
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Modern.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edib. İstanbulda ilk oyun 1:1 hesabı ilə bitmişdi. Budəfəki qarşılaşmada "Çelsi" “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

Digər oyunda isə "Real" (Madrid) "Şalke" ilə üz-üzə gəlib. Almaniyada baş tutan ilk oyunda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olardı. Bu matçda da 3:1 hesabı ilə qalib gələn Madrid klubu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki 1/8 final mərhələsinə martın 19-da keçiriləcək iki oyunla yekun vurulacaq.

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

"Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - (İlk oyun - 1:1) - 2:0
"Real" (Madrid, İspaniya)
- "Şalke" (Almaniya) - (İlk oyun - 6:1) - 3:1
Barselona" (İspaniya) -
"Mançester Siti" (İngiltərə) - (İlk oyun - 2:0) - 2:1
PSJ (Fransa) -
"Bayer" (Leverkuzen, Almaniya) - (İlk oyun - 4:0) - 2:1
"Atletiko" (Madrid, İspaniya) - "
Milan" (İtaliya) - (İlk oyun - 1:0) - 4:1
"Bavariya" (Almaniya) -
"Arsenal" (İngiltərə) - (İlk oyun - 2:0) - 1:1

19 mart

23:45.
"Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2) 


A.Qorxmaz
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı