Modern.az

Leyla Əliyeva kimsəsiz uşaqlarla Novruz şənliyində - FOTOLAR

Leyla Əliyeva kimsəsiz uşaqlarla Novruz şənliyində - FOTOLAR

Təhsil

19 Mart 2014, 10:03

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

Martın 18-də, ilaxır çərşənbəsi günündə uşaqlar üçün təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Novruz bayramı münasibəti ilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.



Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı