Bayramlar ərəfəsi bütün növ nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı artır. Novruz bayramı ərəfəsi hava nəqliyyatında da sərnişin sıxlığının olub-olmadığını öyrənmək üçün Modern.az Azərbaycan Hava Yolları (AZAL) Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, ümumilikdə sərnişinlər həmişəki qaydada xaricə səfərlərini davam etdirirlər: “Ölkə daxilində yalnız Naxçıvan Muxtar Respublikasına əlavə reyslər olacaq. Çünki bayram günlərində Naxçıvana gedən sərnişinlərin sayı həmişəkindən çox olur. Xarici ölkələrdən isə Dubaya əlavə reyslər olacaq. Bu günlərdə həmin ölkəyə gedən sərnişinlərin sayında sıxlıq müşahidə edilir”.
Gülşən Raufqızı